Binəqədidə yaşayış binasında  yanğın baş verdi
14 mart 2026 02:57 (UTC +04:00)

Binəqədidə yaşayış binasında yanğın baş verdi

0

Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yol Patrul Xidməti, Post Patrul Xidməti və Çevik Polis Alayının əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar