Bakı-Sumqayıt yolundakı obyektlərdə   YANĞIN - VİDEO
02 may 2026 10:52 (UTC +04:00)

Bakı-Sumqayıt yolundakı obyektlərdə YANĞIN - VİDEO

0

Abşeron rayonunda Bakı-Sumqayıt yolunun 7-ci km-də yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, "112" qaynar xəttinə daxil olan m​​​​​​Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 650kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kv.m. olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kv.m. olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kv.m. sahədə və bitişik sahəsi 120 kv.m. olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kv.m. sahədə yanıb, yüksək temperaturdan digər sexdə təmirə dayanmış “İsuzu” markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib.

Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar