Lənkəranda çay fabrikinin  türkiyəli müdiri müəmmalı şəkildə  öldü
02 may 2026 14:24 (UTC +04:00)

Lənkəranda çay fabrikinin türkiyəli müdiri müəmmalı şəkildə öldü

0

Lənkəranda çay fabrikinin müdiri ölüb.

Lent.az-ın xəbərinə görə, Türkiyə vətəndaşı olan 46 yaşlı Murad Abdulla oğlu Mutlu axşam saatlarında özünü pis hiss edib və təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

M.Mutlunun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. İş adamının ölümünün səbəbi ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Qeyd edək ki, uzun müddətdir Azərbaycanda yaşayan Murad Mutlu azərbaycanlı xanımla ailə həyatı qurub və iki övladı var. O, Lənkəranda fəaliyyət göstərən çay fabrikinin müdiri idi.

Faktla bağlı araşdırma aparılır.

 

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar