Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov da işdən çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmr imzalayıb.
K.Ələkbərov Bakupost.az-a məlumatı təsdiqləyib.
K.Ələkbərov bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.
Həkim bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:
“Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan “Təcili tibb” kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim”.
Qeyd edək ki, TƏBİB-in rəhbərliyi dəyişəndən bəri 10-dan çox vəzifəli şəxs işdən çıxarılıb.