Tovuzda qəbiristanlıqdan qadın meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə rayon Öysüzlü kəndində qeydə alınıb.
Kənd qəbiristanlığında 65 yaşlı N.Qasımovanın meyiti aşkarlanıb.
Məlumata görə, qadın qəbiristanlıqa həyat yoldaşının il dönümü münasibəti ilə məzarını ziyarət etməyə gəlib. Bu zaman qadın halı pisləşib, ona təcili tibbi yardım briqadası çağrılıb. Müayinə zamanı qadının öldüyü məlum ölüb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu