Düşən ulduza arzu tutan  Gülnaz milyonçu   oldu
02 may 2026 16:30 (UTC +04:00)

Düşən ulduza arzu tutan Gülnaz milyonçu oldu

0

Tatarıstanda bir menecer düşən ulduz gördükdən sonra arzu tutub və bundan sonra lotereyada 2 milyon rubl qazanıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə “Milli Lotereya”nın mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, qalibin adı Gülnazdır. O, uduşdan bir qədər əvvəl evinin yaxınlığındakı meşəlik ərazidə pişiyi ilə gəzərkən düşən ulduz görüb və həmin anda lotereyada udmaq arzusunu tutub. 

Onun sözlərinə görə, bundan sonra içində bu arzunun gerçəkləşə biləcəyi hissi yaranıb. Həftəsonu onlayn lotereya biletlərini alıb, lakin böyük uduş başqa iştirakçıya qismət olub. Buna baxmayaraq, o, uğuruna inanmaqda davam edib.

Qadın qalib bileti isə təsadüfən alıb. Uduş barədə bildiriş iş vaxtı gəlsə də, əvvəlcə buna diqqət yetirməyib. Daha sonra saytda nəticələri yoxlayarkən əvvəlcə bir neçə yüz min rubl qazandığını düşünüb, lakin sonradan məbləğin 2 milyon rubl olduğunu anlayıb.

Gülnazın sözlərinə görə, bu uduş onun üçün xüsusilə önəmlidir. O, kreditlərini bağlamağı və maliyyə vəziyyətini yaxşılaşdırmağı planlaşdırır. Planları arasında Çinə səyahət də var.

Qalib hələlik bu barədə yaxınlarına deməyə tələsmir və vəsaiti əldə etdikdən sonra paylaşmağı düşünür. O qeyd edib ki, bu hadisə onun üçün uğurun gözlənilmədən gələ biləcəyinin sübutu olub və əlavə edib ki, qazanmaq ehtimalına inanmaq vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 18

Oxşar yazılar