Biləsuvarda FACİƏ: Qonşular dava etdi, keçmiş polis öldü   - YENİLƏNİB
19 iyun 2023 02:17 (UTC +04:00)

Biləsuvarda FACİƏ: Qonşular dava etdi, keçmiş polis öldü - YENİLƏNİB

Biləsuvarda qonşusunu qətlə yetirən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov polis əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə saxlanıldı.

Araşdırma aparılır", - deyə bildirilib.

***

Saat 00:04

İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Məlumata görə, münaqişə qonşular arasında baş verib.

B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

Əlavə məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3903
avatar

Oxşar yazılar