Biləsuvarda atasını öldürən məktəbli tutuldu - YENİLƏNİB
08 sentyabr 2023 09:00 (UTC +04:00)

Biləsuvarda atasını öldürən məktəbli tutuldu - YENİLƏNİB

Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***
07.09.2023

Saat: 23:47

Biləsuvarda qətl hadisəsi baş verib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Oktay Balaqardaş oğlu Soltanov yaşadıqları mənzildə övladı tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. 

Atasını öldürdüyü deyilən oğul 16 yaşlı məktəblidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir. 

Fakla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4452
avatar

Oxşar yazılar