Beyləqanda maşını aşırdan sürücü öldü
29 yanvar 2023 22:33 (UTC +04:00)

Beyləqanda maşını aşırdan sürücü öldü

0

Beyləqanda yol qəzası olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, bu gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.

Nəticədə sərnişinlər - Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər.

Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da vəfat edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2819

Oxşar yazılar