Bəxtiyar Hacıyevin məhkəməsi başlayır
13 noyabr 2023 15:39 (UTC +04:00)

Bəxtiyar Hacıyevin məhkəməsi başlayır

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın xəbərinə görə, bu barədə onun vəkili Aqil Layıc məlumat verib. 

Vəkil deyib ki, yaxın günlərdə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Daha əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5430
avatar

Fidan İlqar

Oxşar yazılar