Bərdədə mağaza və köşk qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda 1 mağaza və 1 köşkdən ümumilikdə 2000 manat pul və tütün məmulatı oğurlanıb.
Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb. Onlardan birinin iyulun 30-da rayon ərazisindəki mağazaların birindən 95 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən olunub.