Bərdədə avtomobil vurduğu iki piyadadan biri ölüb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. Yolu keçmək istəyən İsmayılova Röya Qoşqar qızı həyatını itirib. Onun həyat yoldaşı, qəzada xəsarət alan 1993-cü il təvəllüdlü İsmayılov Adəm Akif oğlu Bərdə rayon xəstəxanasına yerləşdirilib.
Piyadaları vuran sürücü hadisə yerindən qaçıb. Polis onu axtarır.