Bayraq rəngində süpürgə satan mağaza İFŞA EDİLDİ
24 oktyabr 2022 14:41 (UTC +04:00)

Bayraq rəngində süpürgə satan mağaza İFŞA EDİLDİ

İsmayıllı rayonunda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvanı müəyyən olunub. 

Bu barədə Lent.az-a DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Bayrağının rəngləri əks olunmuş süpürgənin görüntüləri yayılıb. Bu görüntülər etirazlara səbəb olub.

İstifadəçilərin sözlərinə görə, süpürgə İsmayıllı rayonunda mağazaların birindən alınıb. Onun rəngləri elə alan şəxsin özünü də heyrətə gətirib.

# 3939
avatar

Fidan İlqar

Oxşar yazılar