Bakıda ötən il oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən il mayın 9-da Suraxanı rayonu ərazisindəki evlərin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.