Bu gün "Mərdəkan", "Lökbatan" və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Lent.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumata görə, həmin şəxslər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.