Bank kartından pul oğurlayan qadın tutuldu
10 fevral 2024 13:35 (UTC +04:00)

Bank kartından pul oğurlayan qadın tutuldu

Bakı sakininin bank kartından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 2-də paytaxt sakini olan bir nəfərin bank kartından 1500 manat pulu oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4296
avatar

Oxşar yazılar