Balakəndə qanunsuz çınqıl satanlar saxlanıldı - VİDEO
29 aprel 2026 16:20 (UTC +04:00)

Balakəndə qanunsuz çınqıl satanlar saxlanıldı - VİDEO

0

Polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN mətbuata xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 2 nəfər müəyyən olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar