Balakəndə fərdi yaşayış evi yandı 
20 noyabr 2021 08:22 (UTC +04:00)

Balakəndə fərdi yaşayış evi yandı 

0

Hadisə gecə saatlarında rayonun Qazbinə kəndində baş verib. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Şaban Osman oğlu Abdullayevə məxsus, ümumi sahəsi 120 kv/m olan 3 otaqdan ibarət evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən  Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1079

Oxşar yazılar