Balakəndə bir neçə gün əvvəl 10 yaşlı uşağı avtomobil vurması barədə xəbər vermişdik.
Lent.az-ın əldə etdiyi məlumata görə, Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlı Rail Nail oğlu Nağıyev görülən tədbirlərə baxmayaraq, ölüb.
Qeyd edək ki, şəhərin Rafiq Səmədov küçəsində rayon sakini Nurullah Dibirov idarə etdiyi "QAZ-31" markalı avtomobillə piyada R. Nağızyevi vurub. Azyaşlının Balakən rayonunda orta məktəblərin birində təhsil aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.