“Baku Steel Company” məhkəməyə verilib.
Lent.az xəbər verir ki, buna səbəb şirkətin xaricə valyuta çıxarıb lazımi müddət ərzində əvəzində heç bir mal idxal etməməsi və ya xidmət göstərməməsidir. Buna görə də, “Baku Steel Company” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə cərimə protokolu yazılıb.
Protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Qurbanovun icraatına verilib.
Həmin maddə əsasında hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.