“Baku-Steel Company”  məhkəməyə verildi - YENİLƏNİB
04 avqust 2021 18:25 (UTC +04:00)

“Baku-Steel Company” məhkəməyə verildi - YENİLƏNİB

“Baku Steel Company” məhkəməyə verilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.   

“Baku Steel Company” MMC-nin İctimai Kommunikasiyalar şöbəsindən Lent.az-a daxil olan açıqlamada bildirilir ki, şirkət cərimə edilməyib: “Protokol şirkətin istehsal etdiyi məhsullarla əlaqədar deyil, metal tullantılarını “Baku Steel Company”yə təhvil verən şəxslər tərəfindən onların sertifikatının olmaması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti tərəfindən tərtib edilib. “Baku Steel Company” metal tullantılarına münasibətdə satıcı yox, alıcıdır. Bu səbəbdən məsələnin şirkətimizə heç bir aidiyyəti yoxdur və o, hazırda məhkəmədə mübahisələndirilir”. 

Qeyd edək ki, sözügedən məhkəmə çəkişməsi Elektron Məhkəmə Sistemində yerləşdirilib. 

***

saat 14:12

“Baku-Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

Lent.az-ın məlumatına görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Kamranovun icraatına verilib.

Həmin maddə əsasında “Baku-Steel Company” MMC-ni 4 min manatdan 6 min manatadək cərimə gözləyir.

Qeyd edək ki, MMC-nin rəhbəri Rasim Məmmədov bu ilin fevral ayında milyonlarla manat mənimsəmədə ittiham olunaraq həbs olunub.

# 3933
avatar

Mehman Nəbiyev

Oxşar yazılar