"Baku Electronics" məhkəməyə verildi - SƏBƏB
14 fevral 2023 15:05 (UTC +04:00)

"Baku Electronics" məhkəməyə verildi - SƏBƏB

"Baku Electronics" MMC məhkəməyə verilib.

Lent.az xəbər verir ki, buna səbəb MMC-nin gömrük qaydalarını pozmasıdır. Belə ki, "Baku Electronics" barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bu maddə əsasında vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3045
avatar

Mehman Nəbiyev

Oxşar yazılar