Bakıda oteldə karantin rejimi qaydalarının pozulduğu və müştərilərə qəlyan təklif edildiyi aşkar olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Pure Boutique Hotel”də karantin rejimi qaydalarının pozularaq qəlyan məmulatlarından istifadə edilməklə müştərilərə xidmət göstərilməsi müəyyən olunub.
Otelin icarədarı Y.Tapdıqzadə və 3 işçi saxlanılaraq müvafiq tədbirlərin görülməsi üçün Nərimanov rayon Polis İdarəsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.