Bakıda zavod qarət olunub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, noyabrın 12-də paytaxtın Xətai rayonu ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20.000 manat dəyərində laboratoriya avadanlıqları oğurlanıb.
Bu barədə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.