Bakıda ticarət mərkəzindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu Azadlıq prospektində yerləşən ticarət mərkəzlərinin birindəki mağazadan içərisində 100 manat, bank kartı və sənədlər olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş S.Balayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.