Bakıda maşın 64 yaşlı piyadanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu, M. Hüseynov küçəsində qeydə alınıb.
41 yaşlı Mahir Fidayə oğlu İbişov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən piyada, 64 yaşlı Murtuzəli Məmməd oğlu Hacıyevi vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Səbail rayon Polis Şöbəsində araşdırma aparılır.