Bakıda YPX avtomobili  piyadanı vuraraq öldürdü
10 sentyabr 2021 21:28 (UTC +04:00)

Bakıda YPX avtomobili piyadanı vuraraq öldürdü

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil vurub. Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3894

Oxşar yazılar