Bakıda yolayrıcında  QƏZA:   Maşın aşdı - FOTO
30 oktyabr 2023 03:25 (UTC +04:00)

Bakıda yolayrıcında QƏZA: Maşın aşdı - FOTO

0

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanovla Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkətdə olarkən yolayrıcında “Volkswagen”ə çırpılıb.

Zərbənin təsirindən “Volkswagen” aşıb və sürücüsü xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7543

Oxşar yazılar