Bakıda baş verən qəzada ölən şəxslərdən daha birinin kimliyi bilinib.
DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, ölən sərnişin İsgəndərov Məmməd Pavlik oğludur.
Qəzaya səbəb sürücü E. Əhmədovun sükana nəzarəti itirməsi olub.
Nəticədə maşın elektrik dirəyinə çırpılıb.
Hadisə saat 18:00-da baş verib.
***
Saat 22:14
Bakının Suraxanı rayonunda yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “VAZ” markalı avtomobildə sükana nəzarəti itirib.
Nəticədə maşın aşıb.
Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.
Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.