Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata əsasən, yol kənarında açıq ərazidə təqribən 1 ha sahədə məişət və plastik tullantıları yanıb.
Əlavə məlumat veriləcək.