Bakının Yasamal rayonunda yeniyetmə qız çoxmərtəbəli binadan yıxılıb.
Lent.az xəbər verir ki, 2010-cu il təvəllüdlü M.Ə. Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən binanın 5-ci mərtəbəsindən yıxılıb.
Müxtəlif bədən xəsarətləri alan 14 yaşlı qızın hazırda vəziyyətinin ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır./oxu.az