Bakıda yanacaqdoldurma məntəqəsində  FACİƏ
06 may 2021 09:55 (UTC +04:00)

Bakıda yanacaqdoldurma məntəqəsində FACİƏ

Bakıda yaşlı kişi qəflətən ölüb.

Lent.az-ın məlumatına görə, hadisə mayın 5-də axşam saat 17 radələrində Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində baş verib. 72 yaşlı Həbibov Cabbar Cabbar oğlu sükan arxasında olarkən qəflətən ürəktutmasından vəfat edib.

Onun taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

# 2001
avatar

Mehman Nəbiyev

Oxşar yazılar