Bakıda "VAZ-21011"lə "avtoşluq"  edən sürücü TUTULDU
25 may 2026 13:13 (UTC +04:00)

Bakıda "VAZ-21011"lə "avtoşluq" edən sürücü TUTULDU

0

Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “VAZ-21011” markalı 52-BX-322 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü K.Yusifoğlu saxlanılıb. 

Lent.az xəbər verir ki, K.Yusifoğlu Xəzər rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü K.Yusifoğlu inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar