Bakıda evdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan evlərdən biri qarət olunub. Naməlum şəxs əvvəlcə evin təhlükəsizlik kameralarını yararsız hala salaraq oradan ümumi dəyəri 15 min manat olan sement qarışdıran qurğunun hissələrini oğurlayıb.
Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən evdə usta işləyən Vüsal Həsənov saxlanılıb.
Araşdırmalar zamanı onun oğurladığı metal hissələri dəyər-dəyməzinə əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.
Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.