Bakıda tuneldə boğulan digər şəxsin də meyiti çıxarıldı - VİDEO  - YENİLƏNİB
22 oktyabr 2024 16:21 (UTC +04:00)

Bakıda tuneldə boğulan digər şəxsin də meyiti çıxarıldı - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Lent.az-a FHN Mətbuat xidmətindən bildirilib.

***

saat 14:53

Bakıda tuneldə boğulanlardan birinin kimliyi məlum olub.

FHN-dən Lent.az-a bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 14:45

Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı bildirilir.

Lent.az-ın məlumatına görə, onlardan birinin cəsədi FHN qüvvələri tərəfindən sudan çıxarılıb.

Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir. 

Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

***

saat 11:37

Bakıda yağan güclü yağışlar nəticəsində iki nəfərin batması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda Sabunçu ərazisindəki tuneldə maşının sel sularında batdığı, içində olan iki nəfərin də çıxa bilmədiyi qeyd olunub.

Fövqəladə Hallar Nazirliyindən lent.az -a bildirilib ki, yayılan məlumatla bağlı araşdırma başladılıb.

Qeyd olunub ki, əraziyə FHN qüvvələri cəlb edilib. 

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10770
avatar

Oxşar yazılar