Bakıda tualet üçün qazılan  quyu partladı, bir nəfər öldü -FOTO  -YENİLƏNİB
03 aprel 2024 03:36 (UTC +04:00)

Bakıda tualet üçün qazılan quyu partladı, bir nəfər öldü -FOTO -YENİLƏNİB

Bakının Xəzər rayonunun Binə qəsəbəsində ölümlə nəticələnən partlayış baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu mərkəzi kanalizasiya sistemi olmadığı həyatyanı sahədə təbii ehtiyaclar üçün qazılan quyuda iş görən zaman partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

***
01:46

Bakının Xəzər rayonunda ölümlə nəticələnən hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu yeraltı su kanalizasiya xəttində iş görən zaman ordan keçən qaz borusunda sızma olub.

Nəticədə partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt araşdırılır.

# 3825
avatar

Oxşar yazılar