Oğurlanan əşyalar
28 sentyabr 2021 13:21 (UTC +04:00)

Oğurlanan əşyalar

Bakıda tikilməkdə olan 22 ev qarət olundu -VİDEO

Bakının Binəqədi rayonunda təmir işləri gedən 22 evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonunda fərdi yaşayış evlərindən çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb. Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Natiq Süleymanov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun Binəqədi rayonunun qəsəbələrində yerləşən 22 yeni tikilməkdə olan evdən məişət əşyaları, ellektrik naqilləri, kombi aparatları, təmir-tikinti alətləri oğurladığı məlum olub.

Qeyd edək ki, Natiq Süleymanov gündüzlər Binəqədi rayonu ərazisində gəzərək hansı mənzildə təmir işlərinin getdiyini müəyyənləşdirəndən sonra gecə saatlarında həmin evlərdən  oğurluqlar edib.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Natiq Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin  Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bakıda evlərdən əşyalar oğurlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1859

Oxşar yazılar

Cəlilabadda gənc oğlan  itkin düşdü

Cəlilabadda gənc oğlan itkin düşdü

18 iyun 2025 , 18:53
Qaradağda ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

18 iyun 2025 , 17:28
Daha üç rayona prokuror təyin edildi

Daha üç rayona prokuror təyin edildi

18 iyun 2025 , 17:06
Ölüm olan klinikada YOXLAMA:  Həkim qanunsuz işləyirmiş - YENİLƏNİB

Ölüm olan klinikada YOXLAMA: Həkim qanunsuz işləyirmiş - YENİLƏNİB

18 iyun 2025 , 16:44
71 yaşlı inşaat işçisi ilk iş günündə   yıxılıb öldü

71 yaşlı inşaat işçisi ilk iş günündə yıxılıb öldü

18 iyun 2025 , 15:44
Gəncədə 15 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 15 yaşlı oğlanın meyiti tapıldı

18 iyun 2025 , 15:00
Telefon arzusu ona baha başa gəldi

Telefon arzusu ona baha başa gəldi

18 iyun 2025 , 11:24
Tanınmış müğənni axtarışa verildi

Tanınmış müğənni axtarışa verildi

18 iyun 2025 , 11:05