25 iyun 2021 12:53 (UTC +04:00)

Bakıda sürücünün qətli ilə bağlı daha iki nəfər TUTULDU - YENİLƏNİB

Bakıda törədilən qətllə bağlı daha iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədov, sərnişinləri N.Canıyev və M.Abıyev xuliqanlıq zəminində Səxavət Məmmədovu döyərək öldürüblər. Bu barədə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov, N.Canıyev və M.Abıyev saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

***

24 iyun saat 23:04

Bakının Nərimanov rayonunda baş vermiş qətl hadisəsinin bəzi təffərüatları məlum olub.

APA xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qətlə səbəb sürücülərdən birinin digərinə yol verməməsi olub.

Nəticədə sürücülər arasında əlbəyaxa dava yaranıb.

****

Saat 20:59

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. "Chevrolet"in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar. Polisin keçirdiyi əməliyyat zamanı Nahid Cəbiyev qətldə şübhəli bilinərək saxlanılıb.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

# 6873
avatar

Oxşar yazılar