Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.
Lent.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarınının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.