Xəzər rayonu ərazisində 1 evdən 5500 manat pul və 1 mağazadan 87 manat, 100 dollar, 4743 manat dəyərində kassa aparatı və 2 ədəd noutbuk oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Ağayev saxlanılıb.