Oğurlanan əşyalar
17 fevral 2023 15:54 (UTC +04:00)

Oğurlanan əşyalar

Bakıda silsilə oğurluqlar edən dəstə üzvləri tutuldu - VİDEO

Bakı 10-a yaxın evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən təmir-tikinti və məişət əşyaları oğurlayan dəstə üzvləri  -  Qalib Hüseynov, Heybət Həsənov və Habil Dadaşov saxlanılıblar. Həmin şəxslərin qeyd edilən qəsəbə və ətraf ərazilərdə yerləşən 10-a yaxın evdən oğurluqlar etdikləri müəyyən edilib. Oğurlanan əşyaların bir qismi dəstə üzvlərindən aşkar olunaraq götürülüb.

Bölmə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı Maştağa qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsindən 50 kiloqram mis, latun oğurlayan, eləcə də evlərdən oğurluqlar edən Murad Rəhimov və Elman Dünyamalıyev saxlanılıblar.

Faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Oxşar yazılar