Bakıda sərxoş piyadanı avtomobil vuraraq öldürdü
15 noyabr 2021 04:30 (UTC +04:00)

Bakıda sərxoş piyadanı avtomobil vuraraq öldürdü

0

Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Hüseynov Azad Məmmədağa oğlu yaşadığı evdən çıxaraq çölə çıxıb. Bu zaman onu avtomobil vurub. Piyada zərbənin təsirindən ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon şöbəsinə aparılıb. Məlum olub ki, piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1629

Oxşar yazılar