Bakıda saxlanılan şəxs polis şöbəsində  ÖLDÜ
10 oktyabr 2022 14:49 (UTC +04:00)

Bakıda saxlanılan şəxs polis şöbəsində ÖLDÜ

Nərimanov rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məhkəmə qərarı ilə barəsində 30 sutka inzabati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri 4 dəfə məhkum olunan, narkotik aludəçisi, 47 yaşlı Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları təcili tibbi yardım çağırıb. Tibbi səylərə baxmayaraq, o ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4029
avatar

Aytəkin Cəlali

Oxşar yazılar