Bakıda sahibkarın 77 minlik tərəvəzini  əlindən aldılar
08 sentyabr 2023 13:02 (UTC +04:00)

Bakıda sahibkarın 77 minlik tərəvəzini əlindən aldılar

0

Bakıda külli miqdarda dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 26-da bir nəfəri aldadaraq 77000 manat dəyərində tərəvəz məhsulunu dələduzluq yolu ilə əlindən alıblar.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əvəz Kərimov və Sərxan Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 14641

Oxşar yazılar