Bakıda şadlıq sarayında müğənni qarət olundu
25 may 2024 15:09 (UTC +04:00)

Bakıda şadlıq sarayında müğənni qarət olundu

Bakıda şadlıq sarayında müğənni qarət olunub.

Lent.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində yerləşən şadlıq evlərinin birində müğənninin 3200 manat dəyərində mobil telefonunun masanın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İlyas Səlimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8268
avatar

Oxşar yazılar