Bakıda rayon sakinini yaralayan moped sürücüsü tutuldu
17 mart 2023 13:28 (UTC +04:00)

Bakıda rayon sakinini yaralayan moped sürücüsü tutuldu

0

Bakıda piyadaya xəsarət yetirib qaçan moped sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə martın 13-də Yasamal rayonu M.Seyidov küçəsində baş verib. Moped sürücüsü Göyçay rayon sakini N.Zamanova xəsarət yetirərək qaçıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən moped sürücüsü, Bakı şəhər sakini C.Əsgərli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1581

Oxşar yazılar