Bakıda qocaları aldadıb yarım milyondan çox  pullarını aldılar - VİDEO
15 iyun 2024 17:19 (UTC +04:00)

Bakıda qocaları aldadıb yarım milyondan çox pullarını aldılar - VİDEO

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb. Onlar zərərçəkənlərə 240.900 ABŞ dolları və 55.100 manat maddi ziyan vurublar

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə kütləvi zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları polis əməkdaşları tərəfindən araşdırılıb.

Müəyyən edilib ki, 8-13 iyun 2024-cü il tarixlərində naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsi ilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər. Həmin şəxslər əvvəlcədən “Telegram” sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsi ilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər.

Qeyd olunan hüquqazidd əməllər nəticəsində naməlum şəxslər 212.000, 20.000, 4.400, 4.000, 500 dollar, eləcə də 21.530, 10.000, 5.300, 7.700 , 4.570,  4.000, 2.000 manat olmaqla ümumilikdə 10 vətəndaşa 240.900 ABŞ dolları və 55.100 manat maddi ziyan vurublar.

Bakı şəhərində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kuryer qismində hadisələrin törədilməsində iştirak edən 14 nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayətlərin təşkilatçıları və digər iştirakçılarının dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4983

Oxşar yazılar

Bakıda FACİƏ:  məktəbli qız hamamda boğulub öldü

Bakıda FACİƏ: məktəbli qız hamamda boğulub öldü

9 aprel 2025 , 19:46
Azərbaycanlı qadının obyektləri söküldü

Azərbaycanlı qadının obyektləri söküldü

9 aprel 2025 , 18:44
Masallıda ƏMƏLİYYAT:  19 kilo narkotik ələ keçirildi

Masallıda ƏMƏLİYYAT: 19 kilo narkotik ələ keçirildi

9 aprel 2025 , 17:53
Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

9 aprel 2025 , 17:50
Telman İsmayılov necə müflis oldu?  - Kadırov izi...

Telman İsmayılov necə müflis oldu? - Kadırov izi...

9 aprel 2025 , 17:08
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

9 aprel 2025 , 16:12
Bakıda tikintidən 20 minlik armatur  oğurlandı

Bakıda tikintidən 20 minlik armatur oğurlandı

9 aprel 2025 , 15:34
Bakıda palçıq vulkanı  püskürdü

Bakıda palçıq vulkanı püskürdü

9 aprel 2025 , 13:21