Bakıda qəbir daşı oğurlayan tutuldu -  VİDEO
24 noyabr 2021 18:41 (UTC +04:00)

Bakıda qəbir daşı oğurlayan tutuldu - VİDEO

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları Hövsan qəsəbəsində yerləşən qəbirstanlıqdan dəyəri 400 manat olan qəbir daşını oğurlayan paytaxt sakini Şirməmməd Məmmədovu saxlayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, o, ifadəsində etdiyi oğurluğu boynuna alıb. 

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində evlərdən birinin dəyəri 400 manat olan dəmir darvazasını və qəsəbə ərazisində yerləşən piyada keçidinin avadanlıqlarını oğurlayan Ağsu rayon sakini Rahim Məmmədov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 qram narkotik vasitə heroin də aşkar edilib. 

İdarə əməkdaşlarının Hövsan qəsəbəsində keçirdikləri digər əməliyyat zamanı isə evlərdən oğurluq edən daha bir nəfər - qəsəbə sakini Azər Əliyev saxlanılıb. Onun Hövsan qəsəbəsində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. 

Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Şirməmməd Məmmədov, Azər Əliyev və Rahim Məmmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.

Hövsanda oğurluq edənlər tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823

Oxşar yazılar

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

6 iyul 2025 , 22:44
Ucarda qəza-Xəsarət alanlar var  -FOTO

Ucarda qəza-Xəsarət alanlar var -FOTO

6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO

Şərurun kəndlərinə sel gəldi-VİDEO

6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var   - YENİLƏNİB

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB

6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı

Laçında yük maşını dərəyə aşdı

6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

6 iyul 2025 , 08:54