Bakıda qayda pozan sürücü avtomobilkini yandırmağa cəhd etdi
30 avqust 2024 19:31 (UTC +04:00)

Bakıda qayda pozan sürücü avtomobilkini yandırmağa cəhd etdi

Abşeron sakini Qadir Cəfərovun polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi barədə səsləndirdiyi iddialar əsassızdır.

DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a bildirib ki, avqustun 21-də paytaxtın Yasamal rayonunda Q.Cəfərov idarə etdiyi “Toyota” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq işıqforun qadağanedici işarəsində dayanmadığı üçün ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı onun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edildiyindən avtomobilin cərimə meydançasına yerləşdiriləcəyi barədə ona məlumat verilib.

Bu zaman Q.Cəfərov polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq intizamsızlıq nümayiş etdirib və avtomobilin üzərinə benzin tökərək yandırmağa cəhd edib.

Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840
avatar

Oxşar yazılar