Liftdən oğurluq edənlər
28 sentyabr 2021 10:49 (UTC +04:00)

Liftdən oğurluq edənlər

Bakıda qardaşlar və əmioğlanları liftləri söküb apardılar - VİDEO

Bakının Binəqədi və Suraxanı rayonlarında 20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakıda hündürmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən bir neçə əməliyyat həyata keçirilib.

Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı əvvəllər məhkum olunmuş Taleh Rəşidov və əmisi oğlu Samir Rəşidov saxlanılıblar. Onların ətraflarında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxsin bu ilin may-sentyabr ayları arasında paytaxtın Binəqədi rayonunda yerləşən 21 hündürmərtəbəli binanın liftlərinin akkumlyatorlarını və əyləc dolaqlarını oğurladıqları məlum olub. Taleh və Samir Rəşidovlar ifadələrində oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını bildiriblər. Həmin metal qəbulu məntəqələrinin də sahiblərinin şəxsiyyətləri müəyyən edilib və onlar istintaqa cəlb ediliblər. Oğurlanan və metal qəbulu məntəqələrinə satılan liftlərin ehtiyat hissələrinin bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Qeyd edək ki, Taleh və Samir Rəşidovların oğurluq etdikləri binaların liftlərinə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurduqları məlum olub. 

Suraxanı rayonunda da liftlərin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Hövsan qəsəbəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Böyükağa Hüseynov və qardaşı Nicat tutularaq istintaqa təqdim ediliblər. Onların ümumilikdə qəsəbə ərazisində binaların liftlərinə 3 min manata yaxın maddi ziyan vurduqları məlum olub.

Qeyd edək ki, saxlanılan zaman qardaşların üzərindən narkotik vasitələr də aşkar olunaraq götürülüb.

Göstərilən faktlarla bağlı Binəqədi və Suraxanı rayon Polis İdarələrində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

DİN əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edərək bildirir ki, öz fəaliyyətlərini qanunvericiliyinə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər.

Bakıda liftlərdən oğurluq edənlər saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2087

Oxşar yazılar

Cəlilabadda gənc oğlan  itkin düşdü

Cəlilabadda gənc oğlan itkin düşdü

18 iyun 2025 , 18:53
Qaradağda ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

18 iyun 2025 , 17:28
Daha üç rayona prokuror təyin edildi

Daha üç rayona prokuror təyin edildi

18 iyun 2025 , 17:06
Ölüm olan klinikada YOXLAMA:  Həkim qanunsuz işləyirmiş - YENİLƏNİB

Ölüm olan klinikada YOXLAMA: Həkim qanunsuz işləyirmiş - YENİLƏNİB

18 iyun 2025 , 16:44
71 yaşlı inşaat işçisi ilk iş günündə   yıxılıb öldü

71 yaşlı inşaat işçisi ilk iş günündə yıxılıb öldü

18 iyun 2025 , 15:44
Gəncədə 15 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 15 yaşlı oğlanın meyiti tapıldı

18 iyun 2025 , 15:00
Telefon arzusu ona baha başa gəldi

Telefon arzusu ona baha başa gəldi

18 iyun 2025 , 11:24
Tanınmış müğənni axtarışa verildi

Tanınmış müğənni axtarışa verildi

18 iyun 2025 , 11:05